Türkiyə “Nabucco” sazişini təsdiqlədi
04 İyun 2010 Cümə 23:50
Türkiyə “Nabucco” sazişini təsdiqlədi. Sənəd avqust ayından qüvvəyə minəcək.
Türkiyə “Nabucco” qaz kəmərinin tikintisi haqda razılaşma sənədini ratifikasiya edib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyindən verilib.

Türkiyə XİN-nin verdiyi məlumatda isə bildirilir ki, dövlətlərarası razılaşmaya əsasən, qaz kəmərinin tikintisi 2010-cu ilin 1 avqustundan qüvvəyə minəcək.

Qeyd edək ki, dəyəri 7,9 mlrd. avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə qaz ixrac etmək nəzərdə tutulur.

"Nabucco" layihəsi artıq mövcud "Bakı-Tiflis-Ərzurum" qaz kəmərinin davamı olacaq və illik nəql gücü 20-30 milyard kubmetrə bərabərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar