Türkiyə Liviyanın blokadasında iştirak edəcək
24 Mart 2011 Cümə Axşamı 23:27
Türkiyə Böyük Millət Məclisi Baş nazirin təklifini qapalı iclasda təsdiq edib
Türkiyə parlamenti Liviyaya silah təchizatına qarşı tətbiq olunmuş embarqoya qoşulmaq barədə qərar qəbul edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Baş nazir Rəcəb Tayyip Ərdoğanın embarqoya qoşulmaq barədə təqdim etdiyi təklifi Türkiyə Böyük Millət Məclisinin qapalı iclasında təsdiq edib. Məclisdə qərara CHP qismən “hə” desə də, MHP və BDP “yox” deyib.

Qərara əsasən Türkiyəyə məxsus hərbi gəmilər Liviyanın dəniz sərhədlərini blokada edən NATO qüvvələrinə daxil olacaqlar. Amma Türkiyə gəmilərindən Liviyaya qarşı atəş açlımayacağı barədə rəsmi Ankara bəyanatla çıxış edib. Türkiyə gəmilərinin yalnız Liviyaya silah gətirilməsinin qarşısıı almaq üçün təlimatlandırıldığı bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar