Türkiyə Liviyada dərhal atəşkəs elan edilməsinə çağırıb
18 Mart 2011 Cümə 15:46
Əhməd Davudoğlu BMT-nin Liviya ilə bağlı qətnaməsini şərh edib
Türkyiənin xarici işlər naziri Əhməd Davudoğlu BMT-nin Liviya ilə bağlı qətnaməsini şərh edib.

Əhməd Davudoğlu bunun gözləntlərə cavab verən və mühüm qətnamə olduğunu bildirib. O, Türkiyənin Liviyada sülhün bərqərarında əməkdaşlıq etməyə hər zaman hazır olduğunu da deyib.

«Biz Liviyada daimi sülhün bərqərarı, dinc insan itkisinə son qoyulması və hücumların dayandırılmasında bu qətnamənin müsbət nəticələri olacağına ümid edirik. Biz bunu hər zaman bildirmişik və prinsipcə Yaxın Şərqdə son dəyişikliklər fonunda qeyd etmişik ki, liderlər xalqların qanuni tələbələrinə diqqət yetirməlidir. Liviya da istisna deyil. Biz bu münasibətimizi Liviya liderlərinə bütün səviyyələrdə çatdırmışıq. Bu qətnamədən sonra isə hücumların dayandırılacağına və Liviyadakı qardaşlarımızın çəkdiyi əzabların dərinləşməsiilə nəticələnəcəyini görməyəcəyimizə ümid edirik .Bu qərarın Liviya və regionumuz üçün yaxşı olacağına ümid edirik. Qətnamədə qeyd olunduğu kimi dərhal atəşkəs elan edilməlidir.»- deyə Əhməd Davudoğlu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar