Türkiyə ilə viza rejimi növbəti səfər zamanı imzalana bilər
28 Dekabr 2009 Bazar Ertəsi 17:05
Türkiyə ilə viza rejimi növbəti səfər zamanı imzalana bilər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov belə deyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə səfəri zamanı iki ölkə arasında viza rejimi haqqında razılaşmanın əldə olunmaması rəsmi Bakının strukturundakı daxili prosedurlarla bağlıdır. Nazirliyin mətbuat katibi Elxan Poluxov belə deyib. Onun sözlərinə görə, bu sənədin imzalanması müxtəlif dövlət idarələri ilə razılaşdırılmalıdır.

"Yəni dəqiqləşdirilməlidir. Bir çox dövlət qurumları rəylərini bildirmişdi. Bəzi idarələrə sorğular göndərilsə də, cavablar alına bilmədi. Amma bu sənəd növbəti səfər zamanı imzalana bilər. Vaxt isə bəlli deyil, çünki bu sırf razılaşdırma məsələlərindən asılıdır", deyə Poluxov qeyd edib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar