Türkiyə-Ermənistan sərhədi açılsın kampaniyası başladıldı
17 Yanvar 2013 Cümə Axşamı 10:53
Türkiyə-Ermənistan sərhədi açılsın kampaniyası Ağ Evin internet səhifəsində başladılıb.
Suriyadan qaçan ermənilərin öz vətənlərinə qayıda bilmələri üçün Ağ Evin internet səhifəsində "Türkiyə-Ermənistan sərhədi açılsın" tələbi ilə imza toplama kampaniyası başladılıb.

Türkiyənin Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. "Sərhədimizi ermənilərin üzünə bağlamamışıq, ölkəmizə girən ermənilər müxtəlif yollarla Ermənistana qayıdıblar. Suriyanın tərk etmək məcburiyyətində qalan 150 mindən çox insana din, dil, irq və etnik ayrıseçkilik edilmədən qucaq açmışıq" - nazirliyin açıqlamasında belə deyilir.

Türkiyə rəsmi qurumlarının məlumatına görə, bu günə qədər Suriyadan 6000-ə yaxın erməni öz ölkəsinə qayıdıb və fərqli marqşrutlardan, əsasən də. Beyrut-İstanbul-İrəvan marşrutundan istifadə edilib.

Türkiyə Daxili İşlər Nazirliyi həmçinin Türkiyə-Ermənistan sərhədinin açılması tələbinə münasibət bildirib: "Humanitar məsələlərdə edilə bilən tələblərin yerinə yetirilməsi məqsədilə atılacaq addımların miqyası, istiqaməti və şərtləri ölkəmiz tərəfindən müəyyənləşdiriləcək".


DOSTLARINLA PAYLAŞ:

oyunlar