Türkiyə Böyük Millət Məclisi üzvünün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı fransalı
21 Dekabr 2011 Çərşənbə 12:50
Bakıda keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı çıxış edərkən Fransa parlamentinin üzvü Raşida Dati zalı tərk edib.
APA-nın xəbərinə görə, çıxışında uydurma “erməni soyqırımı” ilə bağlı son proseslərə toxunan Mustafa Kabakçı “Tarixlə tarixçilər məşğul olmalıdır” söyləyib.
Jurnalistlər zalı tərk edən Raşida Datiyə yaxınlaşıb, zalıə tərk etməsinin səbəbini öyrənmək istəsələr də, qonaq açıqlama verməyib.
Qeyd edək ki, R. Dati Avropa Parlamentinin də üzvüdür.
Xatırladaq ki, Fransa parlamenti dekabrın 22-də uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək.
DOSTLARINLA PAYLAŞ: