Türkiyə-Azərbaycan hərbi maliyyə əməkdaşlığı sazişi təsdiqlənib
19 Yanvar 2011 Çərşənbə 19:55
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş”in təsdiq edilməsi məqsədi ilə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sazişin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi tapşırılıb.

Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə hökumətini xəbərdar etməsi tapşırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar