Türkdilli ölkələrin prezidentləri Türkiyədə bir araya gələcək
07 Avqust 2010 Şənbə 15:40
Dövlət başçılarının zirvə görüşü sentyabrın 15-16-da baş tutacaq.
Sonunucu dəfə Naxçıvanda toplaşmış türkdilli ölkələrin dövlət başçıları sentyabrın 15-16- da Türkiyədə bir araya gələcək. "AzərTac"ın məlumatına görə, türkdilli ölkələrin önümüzdəki ay Türkiyədə keçiriləcək zirvə görüşünə hazırlıq məsələləri avqustun 4-6-da Bodrumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə də müzakirə olunub.

Bununla bağlı jurnalistlərə açıqlama verən Qırğızıstanın xarici siyasət idarəsinin başçısı Ruslan Kazakbayev bildirib ki, İstanbulda keçirilməsi planlaşdırılan bu zirvə görüşündə Türk Dünyası Şurası Katibliyinin təsis olunması gözlənilir. Xarici işlər nazirlərinin görüşlərinə gəldikdə isə, bu toplantılar Qırğızıstanın Tanrı dağında, Bakı və Almatıda davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar