Türkdilli ölkələr zirvəsində Qarabağ müzakirə olundu
06 Avqust 2010 Cümə 04:45
“Türkiyənin beynəlxalq arenada etibarı daha çox olduğu üçün Qarabağ probleminin həllində Əhməd bəyin daha faydalı səyləri olacağına inanıram”.
Türkiyədə türk dili danışan ölkələrin Xarici işlər nazirlərinin qeyri-rəsmi zirvəsinin ilk günü başa çatıb. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirlərinin iştirakı ilə Muğla vilayəti, Bodrum rayonunda keçirilən görüşdən sonra nazirlər mətbuat konfransı keçirib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu il İstanbulda “Türk Dünyası Əməkdaşlıq Şurası”nın yaradılacağını bildirib: Şura meydana gəldiyi zaman dində, dildə və mədəniyyətdə bərabərliyin xaricində bir də işdə birlik olacaq. İnşallah vahid bir səs halında bütün mövzularda həmrəylik edəcəyik”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Əhməd Davudoğli ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini bildirib: “Dağlıq Qarabağın vəziyyətini cənab Davudoğli ilə müzakirə etdik. Azərbaycan və Ermənistan tərəfdə müharibə şəraiti davam edir. Türkiyənin beynəlxalq arenada etibarı daha çox olduğu üçün Qarabağ probleminin həllində Əhməd bəyin daha faydalı səyləri olacağına inanıram”.
Qeyd edək ki, bu gün də davam edəcək zirvədə Əhməd Davudoğlunun həmkarları ilə təkbətək görüşü planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: