Türk və Azərbaycan diasporu Stokholmda mitinq keçirib
11 Mart 2014 Çərşənbə Axşamı 23:41
Mitinq İsveç parlamentinin uydurma “erməni soyqırımını” tanınmasına qarşı yönəlmişdi.
Martın 11-də türk və Azərbaycan diasporlarının nümayəndələri Stokholmda İsveç parlamentinin (Riksdaq) binası qarşısında mitinq keçiriblər.

Mitinq Riksdağın uydurma “erməni soyqırımını” tanınmasına qarşı yönəlmişdi. Mitinq iştirakçıları qeyd ediblər ki, 2011-ci ildə “erməni soyqırımının” İsveç parlamenti tərəfindən tanınması Türkiyəyə təzyiq göstərilməsinə və dünya ictimaiyyətinin çaşbaş salınmasına yönəldilmiş siyasi addımdır.

Mitinq iştirakçıları yoldan keçənlərə o illərin hadisələri barədə həqiqəti əks etdirən broşürlər paylamışlar. İsveç parlamentinin üzvlərinə 350-dən çox məktub verilib.

Qeyd edək ki, mitinqdən sonra iştirakçılar Riksdağa müraciət qəbul ediblər.









DOSTLARINLA PAYLAŞ:

oyunlar