Türk tələbə amerikalı diplomatı tərlətdi
27 Fevral 2012 Bazar Ertəsi 06:24
“Sizin “demokratiya” niyə sadəcə neft zəngini olan ölkələrə gedir?”
ABŞ Ankara səfirliyinin əməkdaşı Cessi Beyli həyat yoldaşı ilə birlikdə Türkiyənin Qaziantep vilayətində səfərdə olub. Qaziantep universitetində “Türkiyə və Amerika münasibətləri” mövzusunda konfrans verən Beyli Türkiyə iqtisadiyyatının inkişafından danışıb. Tədbirin sonunda suallara cavab verən diplomat tələbələrdən birinin verdiyi sual qarşısında aciz qaldı.

Hüquq fakultəsi tələbəsi Yaqub Beşli sualdan əvvəl ABŞ siyasətini kəskin şəkildə tənqid edib: “Demokratiya apardığınızı iddia etdiyiniz ölkələrə qan aparırsınız. Müsəlman qadınların namusuna təcavüz edirsiniz. Türk hərbçilərin başına torba keçirirsiniz. Yaxın Şərq layihənizdə Cənub Şərqi Anadolu Kürdüstan kimi göstərilib. Sizin demokratiyadan başa düşdüyünüz qan və neftdir”.

Beşli bu “demokratiyanın” niyə sadəcə neft ölkələrinə getdiyini soruşub: “Bu “demokratiya” niyə neft və mədən zəngini ölkələrə gedir, amma Sudan kimi, Somali kimi aclıqdan ölən ölkələrə getmir?”

Beşli həmçinin Türkiyə Cumhuriyyətinin yox, Amerika imperiyalizminin yıxılacağını vurğulayıb.

Yaqub Beşlinin sualları salonda alqışlarla qarşılanıb. Çıxış və sual qarşısında çaşan Cessi Beyli isə özünü ələ alaraq gülümsəyib və sual verdiyi üçün Yaqub Beşliyə təşəkkürünü bildirib.

Beyli başqa bir tələbənin qondarma “erməni soyqırımı” barədə verdiyi suala cavab olaraq isə Suriyada baş verən son hadisələrdən danışmağa başlayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar