Türk qızları Ermənistana gedəcəklər
23 İyul 2009 Cümə Axşamı 16:55
21 ölkədən olan qızlar İrəvanda keçiriləcək gözəllik müsabiqəsinə qatılacaq

 

Ermənistanda beynəlxalq gözəllik müsabiqəsi keçiriləcək. "Novosti Armeniya"nın məlumatına görə, "Miss-7 qitə 2009" müsabiqəsi iyul ayının 29-da olacaq. Müsabiqədə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Türkiyə, Serbiya, Latviya, Litva, Çexiya, Fransa, İtaliya, Bolqarıstan, Polşa, Tunis, Almaniya, Slovakiya, Böyük Britaniya, Çernoqoriyadan olan qızlar iştirak edəcəklər.

Müsabiqə iştirakçıları İrəvanın mərkəzində keçiriləcək limuzin paradında da iştirak edəcək. Müsabiqə canlı olaraq Türkiyə televiziyalarının biri ilə yayımlanacaq.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar