Türk diplomatın Parisdə ermənilər tərəfindən öldürülməsindən 32 il ötür
22 Dekabr 2011 Cümə Axşamı 06:27
Bu hadisə qondarma soyqırımı barədə qanunun Fransa parlamentində səsverməyə çıxarılacağı günə təsadüf edir.
Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 32 il ötür. Məlumata görə, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan erməni terror şəbəkəsi “Asala” tərəfindən öldürülüb. Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub. Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli “erməni soyqırımı ədalət birliyi” adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. “Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük” – deyə zəng vuran şəxs bildirib.

Xatırladaq ki, erməni terror təşkilatı “Asala” Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar