Turizm biznesinin ən ağır illi
26 Yanvar 2010 Çərşənbə Axşamı 14:20
Ötən il dünya bazarı 46 milyon turist itirib
Dünya maliyyə böhranı nəticəsində ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsidir. Dünya turizminə iqtisadi səbəblərdən çox, dünyada baş verən siyasi qarşıdurmalar və ekoloji vəziyyətlər mənfi təsir edib.
İspaniyanın paytaxtı Madriddə başa çatan “Fitur” turizm sərgisi gözlənildiyi kimi, nə pis, nədə ürəkaçan rəqəmlərlə yekunlaşıb. Belə ki, 2009-cu ildə turizm sahəsi üç bədbəxtliklə üzləşib.

Bunlar iqtisadi böhran, H1N1 qripinin virusu və beynəlxalq terrorizmdir. Hindistan bu üç təcavüzün üçünədə məruz qalıb.

Xatırladaq ki, dünya iqtisadiyyatında böyüklüyünə görə dördüncü sayılan turizm sənayesi 6 faiz təşkil edirdisə, ötən ilin natamam göstəricilərinə əsasən bu göstərici 5,6 faiz azalıb. Ümumilikdə isə 2010-cu ildə hadisələrin necə inkişaf edəcəyi məsələsində ekspertlər bir az ehtiyatlı nikbinlik nümayiş etdirirlər.

Qeyd edək ki,2009-cu il dünya turizm biznesi üçün ən ağır illərdən biri olub. Ötən il dünya bazarı 5 faiz, yəni 46 milyon turist itirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar