Turistlər üçün ən bahalı və ucuz şəhərlər
27 İyul 2011 Çərşənbə 17:16
Turistlər üçün ən bahalı və ucuz şəhərlər. Bahalı şəhərlər siyahısına Fransa paytaxtı başçılıq edir.
Turistlər üçün ən bahalı və ən ucuz şəhərlərin siyahısı hazırlanıb. Reytinq siyahısı hər turistə şəhərin mərkəzində 4 ulduzlu oteldə yaşayış, bir qədəh “Martini”, pitsa və taksidə 8 km-lik səyahət haqqına görə müəyyən edilib. Siyahını dünyanın ən məşhur turizm portallarından biri tərtib edib. Bura dünyanın 50 ölkəsinin adı daxil edilib.

Nəticələrə görə, turistlər üçün ən bahalı şəhər Fransanın paytaxtı Paris olub. Burada bir sutka ərzində turist 303,99 avro xərcləyir. Məbləğin böyük hissəsi otelə ödənilir. Belə ki, romantikanın paytaxtı olan Parisdə 4 ulduzlu oteldə qalmağın orta qiyməti 255 avrodur. İkinci yerdə Fransanın Nitsa (203,08 avro) və Bordodur (200,28 avro). Siyahını 267,5 avro ilə İsveçrənin Sürix, İtaliyanın Venetsiya, 263,3 avro ilə London, 262 avro ilə Tokio və 258,44 avro ilə Nyu York davam etdirir.

Avropada ən ucuz şəhərlər kimi isə İtaliyanın Palermo (130,3), Bolonya (132,64) və Neapol (135,32) şəhərlərinə getmək tövsiyyə edilir. Almaniyanın paytaxtı Berlin də turistlər üçün ən ucuz şəhərlərdən biri sayılır. Belə ki, bu şəhərdə bir turist sutka ərzində yuxarıda qeyd edilənlər üçün təqribən 115 avro xərcləyə bilər.

Avropada ucuz istirahət etmək istəyənlərə tövsiyyə edilən daha bir şəhər isə Bolqarıstanın paytaxtı Sofiyadır (95,56 avro). Bu siyahıda həmçinin Budapeşt (100,99), Varşava (104,53), Praqa (124,07) və Lissabon (127,74) yer alır.

Dünyada turistlər üçün ən ucuz şəhər isə Bankonq (78,89 avro) sayılır. Həmçinin 84,63 avro ilə Pekin, 90,34 avro ilə Şarm Əl Şeyx, 94,41 avro ilə Kuala Lumpur və Dubay (108,7) var. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar