Tunisdə iğtişaşlarda Azərbaycan vətəndaşlarından xəsarət alan olmayıb
16 Yanvar 2011 Bazar 00:25
Mübariz İmanzadə: “Bütün dükan və mağazalar bağlıdır, çörək və digər ərzaq məhsullarının kəskin qıtlığı müşahidə olunur”.
Tunis parlamentinin spikeri Fuad Mubazzaa ölkədə prezident vəzifəsinin icrasına başlamışdır. O, milli birlik hökumətinin təşkil olunacağını elan etmişdir. Yeni hökumətin təşkili sabiq Baş nazir Məhəmməd Ğənnuşiyə tapşırılıb. Prezident vəzifəsini icra edən F.Mubazaanın sözlərinə görə, 60 gün ərzində ölkədə yeni prezident seçkiləri keçiriləcək.
Azərbaycanın Tunisdəki müvəqqəti işlər vəkili Mübariz İmanzadə AzərTAc-a bildirib ki, ölkənin paytaxtında vəziyyət gərgin olaraq qalır. Bir çox quldur dəstələrinin həbs olunmasına baxmayaraq, əhali qorxu içində yaşayır. Paytaxtda bütün dükan və mağazalar bağlıdır, çörək və digər ərzaq məhsullarının kəskin qıtlığı müşahidə olunur. Tunisdə baş verən hadisələrdə Azərbaycan vətəndaşlarına xəsarət dəyməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: