Trayan Besesku: “Rumıniya Azərbaycanı hər sahədə dəstəkləyir”
28 Yanvar 2011 Cümə 12:50
Ruminiya prezident Trayan Besesku AŞ PA-da keçirdiyi mətbuat konfransında belə deyib.
Rumıniya Azərbaycanı hər sahədə dəstəkləyir. Bu fikri Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun sədri Mövlud Çavuşoğlu ilə birlikdə Rumıniya prezidenti Trayan Besesku jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib.

Rumıniya prezidenti Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyü məsələsinə və Azərbaycan-Rumıniya əlaqələrinə toxunarkən deyib: “Bildiyiniz kimi Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır. Biz hər sahədə əməkdaşlıq edirik. Rumıniya yeganə ölkədir ki, Qara dəniz və Xəzər dənizi hövzəsi dövlətləri ilə bir yerdə müxtəlif sahələrdə əməkdaşlıq edir. Əgər bu dövlətlər Avropaya inteqrasiya yolunu seçsələr, Avropa bazarlarına çıxmaq istəsələr biz onlara “Xoş gəlmisiniz!” deyəcəyik və lazımi dəstəyi göstərəcəyik. Gələcəkdə bu ölkələrin də Avropa cəmiyyətinin bir üzvü olmasını istərdik.

Azərbaycanın xəritəsinə nəzər yetirdikdə, bu ölkənin enerji resursları ilə zənginliyi dərhal nəzərə çarpı Rumıniya uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir və biz, əlbəttə, belə əməkdaşlıqdan razıyıq. Biz hər sahədə Azərbaycanı dəstəkləyirik”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar