Trans-Anadolu qaz kəməri XXI əsrin ən böyük layihəsidir
03 Fevral 2013 Bazar 02:33
ARDNŞ rəhbəri bu kəmərin tikintisində 100 000 şiçiyə ehtiyac olacağını bildirib.
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi XXI əsrin ən böyük layihəsi olacaq. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. R. Abdullayev, tikintisinin 2018-ci ildə başa çatması nəzərdə tutulan TANAP layihəsinin Türkiyə və Avropa istehlakçılarına Azərbaycan qazının çatdırılmasında mühüm rol oynayacağını bildirib. ARDNŞ bu layihənin Türkiyə ərazisindən keçən 2 min kilometrlik hissəsinin inşasında da iştirak edəcək. Şirkət prezidenti TANAP layihəsində 100 minə yaxın işçiyə ehtiyac olacağını, bunun da ARDNŞ-in gənc mütəxəssisləri və Türkiyədən olan işçilər təşkil edəcəyini deyib.
DOSTLARINLA PAYLAŞ: