TQDK buraxılış imtahanlarının nəticələrini açıqlayıb
16 İyun 2012 Şənbə 12:47
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına uyğun olaraq qiymətləndirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik ) 2, 8, 13 iyun 2012-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nəticələr TQDK-nın saytında yerləşdirilib.

ANS PRESS-in TQDK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tam orta təhsil bazasında (11 illik) və ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına uyğun olaraq qiymətləndirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar