Tovuz rayonuna daha 2 erməni girib
07 Avqust 2014 Cümə Axşamı 16:39
Tovuz rayonu istiqamətində 3 erməni Azərbaycan tərəfə keçib. Onlardan ikisi meşədədir.
"Tovuz rayonu istiqamətində 3 erməni Azərbaycan tərəfə keçib. Onlardan ikisi meşədədir".
Bu sözləri ANS PRESS-ə açıqlamasında Tovuz rayon Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbinin direktoru Nürəddin Zeynalov deyib. O bildirib ki, saxlanılan erməni 35-40 yaşlarında bir kişi olub:
"Saat 12 radələrində mənə xəbər elədilər ki, erməni tutmuşuq. Gəldim gördüm ki, bir kişi ağacın dibində oturub. Camaatın ələ keçirdiyi erməni mülki şəxsdir. Əsirin özünün dediyinə görə, Çinarlı kənd sakinidir".
Məktəb direktoru bildirib ki, daha iki nəfər erməni sərhəddi keçib: "Kənd sakinləri onların meşə tərəfdən gəldiyini görüblər. Sonra mina parylayıb. Bilmədik öldülər, ya qaldılar. Yəqin ki, axşama kimi məlum olar".
Qeyd edək ki, ermənini rayonun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu erməni tutub. Tutulan erməni 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur. Onun Tovuz rayon polisinə təslim edildiyi bildirilir.
Fakt ANS PRESS-ə Tovuz Rayon Polis bölməsindən təsdiqlənib.
DOSTLARINLA PAYLAŞ: