Torpaqlarımız mərhələli şəkildə azad ediləcək
01 Oktyabr 2009 Cümə Axşamı 12:50
Əzimov: ”İlkin mərhələdə ərazilərin böyük hissəsi, ikinci mərhələdə isə qalan torpaqlar azad edilməlidir”
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində işğal olunmuş Azərbaycan rayonlarını mərhələli və qısa vaxt ərzində azad etməli olacaq. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
”İlkin mərhələdə ərazilərin böyük hissəsi, ikinci mərhələdə isə qalan torpaqlar azad edilməlidir”, - deyə Əzimov bildirib.
Diplomat həmçinin qeyd edib ki, sülh müqaviləsi imzalandıqdan sonra münaqişə zonasına yerləşdirilməsi güman olunan sülhməramlıların status və səlahiyyəti Azərbaycan və Ermənistan arasında etibarlılıq səviyyəsilə müəyyən olunacaq.
Əzimov bildirib ki, sülhməramlıların yerləşdirilməsi məsələsinin həllində əsas diqqət terminlərə ayrılmalıdır, çünki sülhməramlıların statusu gələcək vəzifələrin icrası zamanı əhəmiyyət kəsb edəcək.
DOSTLARINLA PAYLAŞ: