Tomas Hammarberqin Azərbaycan üzrə hesabatı gələn həftə çap olunacaq
26 İyun 2010 Şənbə 11:05
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Azərbaycan üzrə hesabatını açıqlayacaq. APA-nın məlumatına görə, hesabat iyunun 29-da çap olunacaq.
Xatırladaq ki, Tomas Hammarberq bu il martın 1-dən 5-nə kimi Azərbaycanda səfərdə olub. O, Azərbaycan prezidenti, xarici işlər naziri, ədliyyə naziri, daxili işlər naziri, baş prokuror, Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, ombudsman və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə mətbuat azadlığı, məhkəmə-hüquq sistemi, hüquq-mühafizə orqanları əməkdaşlarının davranışı, QHT-lərlə bağlı qanunvericilik bazası müzakirə olunub.

Tomas Hammarberq həmçinin Naxçıvana da səfər edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar