Tomas de Vaal: "Qarabağ "dondurulmuş" yox, "çürümüş" münaqişədir"
22 İyun 2011 Çərşənbə 12:53
Beynəlxalq Böhran Qrupu: "Danışıqlar prosesində ciddi dönüş ola biləcəyi ilə bağlı heç bir əlamət yoxdur".
Həmsədrlərin Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş gözlədikləri bir vaxtda bir sıra Qərb ekspertləri müharibənin başlayacağını istisna etmirlər.

Belə ki, Amerikanın Karneqi fondunun Qafqaz məsələləri üzrə eksperti Tomas de Vaal "France Press" agentliyinə müsahibəsində bildirib ki, Qarabağ "dondurulmuş" yox, "çürümüş" münaqişədir.

"Bu gün mövcud olan hərbi ritorikanın səviyyəsi müharibəni daha real edir. Sözlərin reallığa çevriləcəyi anın gəlib çatacağını istisna etmirəm", deyə ekspert qeyd edib.

Digər Qərb eksperti, Beynəlxalq Böhran Qrupunun Qafqaz proqramının direktoru Lorens Şits agentliyə müsahibəsində bildirib ki, yeni müharibə faciəvi nəticələrə səbəb ola bilər, həmçinin bu, regiondan keçən borukəmərlərinə zərər vura bilər.

"Hadisələr çox təhlükəli ssenari üzrə inkişaf edə, qaçqınların kütləvi deportasiyası qeydə alına , Rusiya və Türkiyə isə münaqişəyə cəlb oluna bilər", Şits qeyd edib.

"Hər iki tərədən müharibə bəyanatları səslənir, danışıqlar prosesində ciddi dönüş ola biləcəyi ilə bağlı heç bir əlamət yoxdur", deyə Beynəlxalq Böhran Qrupunun Qafqaz proqramının direktoru bildirib. Onun sözlərinə görə, hətta yaxın gələcəkdə hansısa sənəd imzalansa belə, "sülh yolunda ciddi əngəllər durur". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar