Tiflisdə keçirilən Avropa-Asiya Nəqliyyat Konfransı başa çatıb
17 İyun 2011 Cümə 16:44
Gürcüstan paytaxtı Tiflisdə Avropa-Asiya Nəqliyyat Konfransı öz işini başa vurub.
“APA-Economics”in Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki günlük konfransın onlarla xarici iştirakçıları arasında Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri də olub.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazir Vera Kobalianın sədrliyi ilə keçirilən konfransda Qafqaz regionunda nəqliyyat şəbəkəsinin inkişafı və onun Böyük İpək Yolu layihəsinin bir hissinə çevrilməsi yolları müzakirə edilib.

Konfransın yekunlarına əsasən, Avrasiya qitəsində nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsini və əmtəə dövriyyəsinin artırılmasını hədəfləyən Avropa və Asiya arasında Nəqliyyat Şəbəkəsinin inkişafı barədə bəyannamə imzalanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar