Təyyarənin qəzaya uğramasının tam araşdırılmasına nail olacağıq
13 İyul 2011 Çərşənbə 12:15
Biz əfqan tərəfi ilə qəza yerinə çatmağımız üçün işlər görürük.
Azərbaycan tərəfi yaradılmış komissiya üzvlərinin "İL-76" yük təyyarəsinin qəzaya uğradığı yerə gedə bilməsi üçün Əfqanıstan tərəfi ilə intensiv işlər görür. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İnterfaks" agentliyinə müsahibəsində bildirib.

"Təəssüf ki, hələ ki, həlak olanların cəsədlərinə yaxınlaşmaq haqqında məlumat yoxdur. Amma biz əfqan tərəfi ilə qəza yerinə çatmağımız üçün işlər görürük və bizim Əfqanıstanda akkreditasiya olunan və iqamətgahı İslamabbda olan səfirə bu istiqamətdə müvafiq tapşırıqlar verilib", deyə E. Məmmədyarov qeyd edib.

Bu məsələnin həllində əsas maneənin təyyarənin qəzaya uğradığı rayonda taliblərin olması barədə suala nazir belə cavab verib: "Təkcə, taliblər yox, o yer də çox çətindir".

Azərbaycan XİN rəhbərinin sözlərinə görə, "qara qutu"nun tapılması və onun təhlil edilməsinə qədər, təyyarənin qəzaya uğrama səbəbləri barədə nə isə dəqiq demək çətindir.

Nazir qeyd edib ki, bütün bu çatışmazlıqlara baxmayaraq Azərbaycan aviaqəzanın səbəblərinin tam araşdırılmasına nail olacaq. "Biz birmənalı olaraq bütün suallara cavab tapmalıyıq. Buna şübhə yoxdur", deyə nazir qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar