Təyyarə qəzası ilə bağlı Kabildə növbəti danışıqlar aparılır
17 İyul 2011 Bazar 14:30
Qəzanın səbəblərini araşdıran komissiyanın üzvü Tapdıq İmanov bu barədə məlumat verib.
Azərbaycana məxsus “İl-76” yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiya Əfqanıstanın paytaxtı Kabildə yerli hökumət rəsmiləri və koalisiya rəsmiləri ilə növbəti dəfə danışıqlar aparır. Bu barədə ANS-ə komissiyanın üzvü Tapdıq İmanov məlumat verib.
Onun sözlərinə gürə, Amerikanın koalisiya qüvvələri, ABŞ səfirliyi, Mülki Aviasiya Təşkilatının işçiləri bu dəqiqələrdə nəqliyyat və aviasiya adismntrasiyasının naziri ilə müzakirə aparılar. “Allah qoysa bir-iki saata yəqin ki, müsbət cavab alarıq”.

Qeyd edək ki, qəzanın səbəblərini araşdıran komissiyanın üzvü Tapdıq İmanov ötən gün havadan hadisə yerini lentə ala bildiklərini bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar