Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi törədən şəxs 1-ci mərtəbədən 6-cı mərtəbəyə qədər qarşısına çıxan hər kəsi güllələyib. Bu barədə APA-ya polis əməkdaşları məlumat verib.
Onlar bildirib ki, hadisəni törədən şəxs qarşısına çıxan 14 nəfəri tapança ilə qətlə yetirib. Terrorçunun meyiti 6-cı mərtəbədə tapılıb. Qətlə yetirilənlər arasında 2 müəllim var. Terrorçu Gürcüstan vətəndaşıdır. Onun Marneuli rayonunun Daştəpə kəndindən olduğu deyilir.
APA