Terri Devidson: ABŞ Dağlıq Qarabağ adlanan hökumət tanımır
14 Dekabr 2009 Bazar Ertəsi 18:00
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Amerika Konqresinin Dağlıq Qarabağa yardımı ilə bağlı şərh verib
«Birləşmiş Ştatlar «Dağlıq Qarabağ Respublikası» adlanan hökuməti tanımır. Bu, bizim siyasətimizdir və bu siyasət dəyişməz qalır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson Turana Amerika Konqresinin Dağlıq Qarabağa yardımı ilə bağlı şərh verərkən bildirib.
ABŞ-ın bu yardımı hökumət üçün deyil, insanlar üçün ayırır, deyə Devidson qeyd edib: «Bu, xalis humanitar yardımdır, minalardan təmizləmə kimi layihələr üçün nəzərdə tutulur. Bu layihələr QHT-lər tərəfindən həyata keçirilir».
T.Devidson əlavə edib ki, Birləşmiş Ştatlar eyni zamanda, Azərbaycanda məcburi köçkün əhali üçün də yardım ayırır. «Bir daha vurğulamaq istəyirik ki, biz, son illər iri miqyaslı minalardan təmizləmə layihələrinə dəstək vermişik, məcburi köçkün əhali üçün yeni məktəblər tikmişik və bir sıra çeşidli layihələr vasitəsilə onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışmışıq», deyə o qeyd edib. AHSPRESS
DOSTLARINLA PAYLAŞ: