Tenbellik xesteliyinden qurtulmağın yolları
27 İyul 2013 Şənbə 07:03
Eqoist, yalançı və dünyadan bezmiş insanlar.
Texnika inkişaf etdikcə, yeni ixtiralar həyatımızı asanlaşdırdıqca insanlar tənbəlik xəstəliyinə tutulurlar. Bu fikizi xəstəlik sayılmasa da, bu bəladan xilas olmağın yolu var. İnsan özü-özü ilə, daha doörusu tənbəlliyi ilə mübarizə aparmalıdır.
Tənbəllik adətən müxtəlif cür olur: çılğın, passiv, xarici və daxili. Özündən və başqasından ötrü öz üzərinə məsuliyyət götürməmək də tənbəllik sayılır. Tənbəl bəzən işgüzar və aktiv görünə bilər. Lakin bunun əhəmiyyəti o qədər də böyük deyil. Adətən tənbəl eqoizmin, peşmançılığın, iradəsizliyin və zəif xarakterin yoldaşıdır. Tənbəli təyin etmək o qədər də asan deyil. Lakin onlarla uzun müddət ünsiyyətdə olduqda hər şey üzə çıxır.
Tənbəllik də öz növbəsində bir neçə növdə olur. Birinci növ tənbəllik xidməti vəzifələrlə, ikinci növ başqaları qarşısında öhdəliklərlə, üçüncü növ isə mənən özünə olan borclarla bağlı olur.
Axırıncı təsnifat haqqında yaxşı bir hekayət də var... Üç tənbəl torpaqda uzanır. Birdən sel başlayır. Onlardan biri deyir ki, durub canımı qurtarmalıyam. O biri tənbəl əli ilə ona mane olsa da, o, durub gedir. Su artıq boğaza çatanda tez yerdə oturan tənbəl o biri dostuna deyir ki, cəld ol, dur, biz də qaçıb canımızı qurtaraq. Üçüncü isə cavab verir: "İki daşın arasında sənin də danışmağa azarın var ey!!!".
Tənbəlliyi müalicə etmək üçün əvvəlcə onun mənşəyini təyin etmək lazımdır. Onun sadə forması hər kəsə tanış olan heç bir iş görməmək istəyidir. Bu istək ilk əvvəl uşaqlıq çağlarında yaranır və gələcəkdə bir qayda olaraq aradan qaldırıla bilir. Lakin bu problemi məcbur etməklə, cəza verməklə həll etmək istədikdə xəstəlik bir az da dərinləşə bilər. Uşaq tənbəllik üzündən düşdüyü vəziyyətdən çıxmaq üçün min bir bəhanə uydurmağa çalışır.
Yaşa dolduqca bu, adət halını alır və nəticədə səriştəsiz işçilərin artmasına gətirib çıxarır. Bu növ tənbəllik əsasən peşəsini düzgün seçməyən və olduqca zəif enerjiyə malik insanlara xasdır. Vəziyyətdən çıxmaq üçün ən yaxşı yol peşəni dəyişmək və ya sərt qanunları olan "bazara çıxmaq" yoludur. Danılmaz bir həqiqətdir ki, bir çox tənbəllər özlərinə əziyyət verməkdənsə aclıq çəkməyi daha üstün tuturlar. Belə tənbəllik bir çox hallarda parazitizmlə eyni səciyyə daşıyır.
Tənbəlliyin birinci növü əsasən eqoizm üzərində qurulur. Bu cür tənbəl özünü başqalarına görə əziyyətə salmaq istəməz. Söhbət özündən gedəndə isə kifayət qədər işgüzarlıq və bəzi hallarda yüksək peşəkarlıq da göstərə bilər. Lakin o, "nə qədər ki qarşımda pul (yaxud, başqa sərfəli perspektiv) görməsəm, fikrimi cəmləyə bilmirəm" prinsipi ilə hərəkət edəcək.
İkinci növ tənbəllərsə başqalarının hesabına yaşamağı özlərinə qəbahət saymırlar. Lakin bunu daha az nəzərəçarpacaq dərəcədə edirlər. Onlar həmişə öz maraqlarını güdür, ətrafdakılardan maksimum istifadə edirlər. Əksər hallarda isə "əl-əli yuyar" prinsipi ilə işləyirlər. Belələrinin arasında hərdən xeyirxahlıq edənlər də olur. Amma onların bu xeyirxahlığı uzun sürmür. Belə ki, kömək etməyə söz verirlər, buna baxmayaraq vədlərini yerinə yetirməmək üçün min cür bəhanə tapırlar.
Üçüncü növ tənbəlliyin kökləri əsasən insanın həyat əzmini itirməsinə səbəb olan şəxsi faciədən törənir. Ən son pilləsinə çatmış bu tənbəllik olduqca xoşagəlməz bir görüntüdür. Belə xəstəliyə düçar olan insan artıq heç kimi və heç nəyi istəmir. Əgər o, həm də tənhadırsa, çox qısa bir zamanda həyatın dibinə yuvarlana bilər. Yaxud da (ən yaxşı halda) kimsəsiz bir otaqda oturub saatlarla gözünü divara və ya televizora dikə bilər. Belə adam boşqabını yumağa, köynəyini ütüləməyə, hətta özü üçün çörək almağa belə tənbəllik edir.
Bəhs etdiyimiz xəstəlik bir də ona görə kök atır ki, bu cür zəif enerjiyə malik olan adamların başında hər an belə bədbin və keçilməz fikirlər dolaşır: "Bu, heç bir şeyi dəyişməyəcək", "Hər bir dəyişiklik ancaq pisliyə doğru aparır" və ya "Mən heç kimə gərək deyiləm". Bu növ tənbəllər öz ətrafında darıxdırıcı və üzücü atmosfer yaradır. Onların bədbinliyi və ruh düşkünlüyü başqalarına da sirayət edir.
Birinci növ tənbəlliyi uşaqlıq çağlarında müalicə etmək lazımdır. Çünki artıq həddi-buluğa çatmış tənbələ yalnız onun pərəstiş və ya nifrət etdiyi şəxs kömək edə bilər: sevgi hissi, sevdiyi qadına nəyəsə qadir olduğunu sübut etmək istəyi və bəzən həmin qadını şam yeməyinə dəvət etmək üçün kifayət qədər pul qazanmaq zərurəti, nifrət hissi, həmçinin nifrət etdiyi şəxsə nəyin bahasına olursa-olsun, öz üstünlüyünü sübut etmək arzusu, inciklik hissi və onu doğuran situasiya (Məsələn, 40 yaşında bir işçinin özündən xeyli cavan bir qızın tabeliyində olması və bununla da gülüş və ironiya hədəfinə çevrilməsi) və s. Bir sözlə, tənbəllik elə bir hissdir ki, xaricdən gələn güclü bir impulsun təsiri olmadan onu dəf etmək çətindir.
Eqoistik tənbəlliyi müalicə etmək üçünsə ilk əvvəl insanın vicdanını oyatmaq lazımdır. Bu da ya qəfil güclü bir hiss keçirmək nəticəsində (belə hallara çox az rast gəlinir), ya da hansısa xoşagəlməz bir olay baş verəndə mümkün olur. Bundan başqa eqoistik tənbəlliyin nə dərəcədə alçaq bir hiss olduğunu mənən güclü və müdrik bir insan da başa sala bilər.
Ümumiyyətlə, eqoistik tənbəllik heç vaxt boşluqdan yaranmır. O, bir qayda olaraq eqoizm və ikiüzlülük nəticəsində meydana gəlir. Belə adamı, məsələn, qoca valideynlərinin qulluğunda durmağa məcbur etmək olar, xüsusən də əgər burada onun şəxsi marağı varsa. O, ətrafında olanları həqiqətən də yaxşı işlər gördüyünə inandıra bilər. Lakin daxilən həmişə tənbəl olanlar öz doğmaları üçün heç barmağını belə tərpətmək istəməyən insan olaraq qalacaq.
Üçüncü növ tənbəlliyə düçar olanları isə təcili surətdə xilas etmək lazımdır. Xoşbəxtlikdən bu, o qədər də çətin deyil. Məşhur cizgi filmindəki İa adlı ulağı və onun ad gününü xatırlayın. Bir neçə kiçik hədiyyə və bir qədər diqqət ən islaholunmaz melanxoliki belə rəqs etməyə vadar edir. İnsana həyatı sevməyi öyrətmək (yeri gəlmişkən, məcbur etmək lazımdır), onun əl-qolunu bağlayan kəndirləri qırmaq, gözündəki toru açmaq, onu təmiz havaya çıxarıb yeni nəfəs vermək lazımdır.
Bunu da yalnız mənən güclü və həyatsevər insan edə bilər. Lakin bunu edərkən ehtiyatlı olmaq lazımdır. Çünki belə tənbəlləri öhdəsinə götürən adam bilməlidir ki, həmişəlik onlara bağlanır və gələcəkdə onların eyni vaxtda həm sitayiş obyektinə, həm də quluna çevrilə bilər.
DOSTLARINLA PAYLAŞ: