Təmas xəttində monitorinq olacaq
09 Mart 2011 Çərşənbə 12:56
Monitorinqin Goranboy rayonunun Borsunlu kəndinin cənubunda keçirilməsi planlaşdırılır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 10-da cəbhə xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqin Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbayjan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Caslan Nurtazin keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: