Təmas xəttində monitorinq keçiriləcək
04 Fevral 2013 Bazar Ertəsi 09:46
Monitorinqin Füzuli-Horadiz yolunun şimal istiqamətində keçirilməsi planlaşdırılır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 5-də qoşunların təmas xəttində monitorinq keçiriləcəkj. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqin Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Xristo Xristov keçirəcəklər.
DOSTLARINLA PAYLAŞ: