Təmas xəttində monitorinq bitdi
19 May 2014 Bazar Ertəsi 13:27
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Cəbhə xəttində monitorinq baş tutub.
ANS PRESS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov keçiriblər.
DOSTLARINLA PAYLAŞ: