Teleqüllənin yaxınlığında daha 470 ədəd mərmi tapıldı
13 Noyabr 2010 Şənbə 12:50
Hazırda ərazidə axtarışlar davam etdirilir.
Bakının Səbail rayonunda yerləşən televiziya qülləsinin yaxınlığında yenidən döyüş sursatları aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən ərazidə 470 ədəd döyüş başlığı olmayan 125 mm zirehli texnika əleyhinə çapaltı mərmilər aşkar edilib.

Aşkarlanan mərmilər xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə aparılıb.

Hazırda sursatların aşkarlandığı ərazidə Nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən axtarış işləri davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl də qüllənin yaxınlığından 1000-dən çox döyüş sursatı aşkarlanaraq ayrılmış əraziyə aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar