Telekanallardakı tanışlıq titrlərinə diqqət
30 Oktyabr 2010 Şənbə 05:00
Qaçan titrlərdə tanış olduğu şəxslə görüşə gedən qız qadın ticarəti mafiyasının əlinə düşdü.
Türkiyədə telekanallardan birindəki qaçan titrlərdə tanış olduğu şəxslə ailəsinə xəbər vermədən görüşməyə gedən qız qadın ticarəti mafiyasının əlinə düşdü. ANS PRESS “Milliyet” qəzetinə istinadən xəbər verir ki, görüşmək üçün İstanbuldan Adanaya gedən 27 yaşlı qız 4 ay fahişəliyə məcbur edilib.
Tamer adlı şəxslə tanış olaraq Adananın Yumurtalıq rayonuna getdiklərini bildirən zərərçəkmiş həmin şəxsin onu bir mama-rosaya təhvil verdiyini, orda isə kəmərlə döyüldüyünü, bədənində papiros söndürüldüyünü və pul qarşılığında kişilərə satıldığını deyib.
Zərərçəkmiş mafiyanın əlindən təsadüf nəticəsində xilas olduğunu bildirib. Mama-rozanın pul verərək paxlava almağa göndərməsini fürsət bilən zərərçəkmiş qaçaraq yerli polis şöbəsindən yardım istəyib.
Zərərçəkmişin şikayətindən sonra polis keçirdiyi əməliyyatla Ş.Ş. adlı mama-roza və onun dəstəsini saxlayaraq həbs edib. Hal-hazırda isə qızı mafiyanın əlinə düşürən Tamerin axtarışı istiqaqmətində əməliyyatlar davam edir.
Polisə ifadə verən zərərçəkmiş bütün gənc qızları onun başına gələnlərdən ibrət götürməyə çağırıb. ANSPRES
DOSTLARINLA PAYLAŞ: