Təhsil Nazirliyi məhkəməyə verilib
23 Avqust 2010 Bazar Ertəsi 15:15
“AN İnşaat” tikinti şirkəti Azərbaycan Təhsil Nazirliyini məhkəməyə verib. Bu barədə APA-ya məhkəmədən məlumat verilib.
Məlumatda bildirilir ki, tikinti şirkəti ilə nazirlik arasında Bakıda yerləşən 291 saylı Ekologiya Liseyində təmir-tikinti işlərinin həyata keçirilməsinə dair müqavilə bağlanıb. Həmin müqavilə əsasında “AN İnşaat” şirkəti təmir işləri aparıb.

Lakin şirkəti nazirliyin 49 min manat borclu olmasını iddia edərək, məhkəməyə müraciət edib. Tikinti şirkətinin nazirliyə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesinin ilk iclası avqustun 25-də hakim Qurban Abbasovun sədrliyi ilə keçiriləcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar