Tehranda Azərbaycan bəstəkarlarının mahnılarından ibarət konsert keçiriləcək
04 Noyabr 2012 Bazar 00:02
Konsertə İran rəsmiləri və Tehranda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri dəvət olunublar.
Noyabrın 5-də və 6-da Tehranın məşhur “Niyavəran” mərasimlər salonunda tarzən Etibar Quliyevin ifasında Azərbaycan bəstəkarlarının mahnılarından ibarət konsert proqramı təşkil olunacaq. Etibar Quliyevi pianoda Haleh Arami müşayiət edəcək.

Təşkilat komitəsinin məlumatına görə, konsertə İran rəsmiləri, Tehranda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri dəvət olunublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar