Tehran Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək
19 Yanvar 2011 Çərşənbə 06:45
İştirakçılara Azərbaycan həqiqətlərini və 20 Yanvar faciəsini əks etdirən kitab, jurnal və büroşurlar paylanacaq.
Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə Tehran Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş elmi-seminar keçiriləcək. Seminara İran rəsmiləri, Tehranda fəaliyyət göstərən səfirlər, o cümlədən beynəlxaql təşkilatların nümayəndələri, Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının İrandakı təmsilçiləri, şəhər ictimaiyyətinin görkəmli simaları, tanınmış alimlər və tədqiqatçılar dəvət olunublar. İştirakçılara Azərbaycan həqiqətlərini və 20 Yanvar faciəsini əks etdirən kitab, jurnal və büroşurlar paylanacaq. Bundan başqa tədbirdə görkəmli alimlərin çıxışları dinləniləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: