Təhlükəli asteroid bu gün Yerə rekord məsafədə yaxınlaşacaq
15 Fevral 2013 Cümə 01:56
Yerin asteroidlə toqquşması 1945-ci ildə Xirosimoya atılmış bombadan 1000 dəfə güclü ola bilər.
Əgər planetimiz təhlükəli 2012 DA14 asteroidi ilə toqquşsa, bu “görüş”ün effekti 1945-ci ildə Xirosimoya atılan bombadan 1000 dəfə güclü ola bilər. ANS PRESS-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bu xəbərdarlıqla NASA mütəxəssisləri çıxış ediblər. Lakin xoşbəxtlikdən asteroidin Yerlə toqquşması ehtimalı yox dərəcəsində azdır.

Alimlərin sözlərinə görə, asteroid planetimizə təxminən 27 min 358 kilometrdən çox yaxınlaşmayacaq. Bu, fevralın 15-də təqribən saat 23.30-də baş verəcək. Asteroidi Asiya və Avstraliya sakinləri görə biləcəklər.

Asteroidin diametri təqribən 45 metr, çəkisi isə 130 min tondur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar