Təbriz-Bakı-Təbriz aviareysi üzrə ilk uçuş baş tutub
15 Yanvar 2012 Bazar 15:32
Bir tərəfə biletin qiyməti 89 manat, ikitərəfli gediş haqqı isə 175 manat təşkil edir.
Təbriz-Bakı-Təbriz aviareysi üzrə ilk uçuş nəhayət ki, baş tutub. Artıq bundan sonra Təbrizdən Bakıya və ya Bakıdan Təbrizə getmək istəyənlər uzun vaxt sərf etməyəcəklər. Mənzil başına çatmaq üçün yalnız bir saat lazım olacaq. İlk reyslə gələnləri qarşılayanlar arasında ANS TV-nin əməkdaşları da olub.
İranın “Kiş Air” şirkətinin təşkil etdiyi Təbriz-Bakı-Təbriz aviareysi ilə ilk uçuş ötən gün həyata keçirilib. Uçuşlar həftə ərzində iki dəfə - çərşənbə axşamı və şənbə günlərində “Boinq-MD” təyyarələri ilə yerinə yetiriləcək.
Saat 19-00-da Təbrizdə havaya qaplxan ilk sərnişin təyyarəsi bir neçə dəqiqə sonra Heydər Əliyev adına hava limanında yerə enib. Reys üzrə 20 nəfərin gəlib.
Gələnlər yeni açılan reysin xüsusi əhəmiyyətindən danışıblar.
İlk uçuşun baş tutmasilə təyyarə qiymətləri də dəqiqləşib. Yeni aviareys üzrə bir tərəfə biletin qiyməti 89 manat, ikitərəfli gediş haqqı isə 175 manat təşkil edir. Uçuşu həyata keçirən təyyarçələr hər həftənin 2-ci və 6-cı günləri Təbrizdən saat 16-30-da, Bakıdan isə 18-45-də havaya qalxacaq.
DOSTLARINLA PAYLAŞ: