TBMM üzvünün Bakıda keçirilən konfransda çıxışı zamanı fransalı deputat zalı tərk edib
21 Dekabr 2011 Çərşənbə 13:03
Mustafa Kabakçı “Tarixlə tarixçilər məşğul olmalıdır” söyləyib.
Bakıda keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı çıxış edərkən Fransa parlamentinin üzvü Raşida Dati zalı tərk edib. APA-nın xəbərinə görə, çıxışında uydurma “erməni soyqırımı” ilə bağlı son proseslərə toxunan Mustafa Kabakçı “Tarixlə tarixçilər məşğul olmalıdır” söyləyib.

Jurnalistlər zalı tərk edən Raşida Datiyə yaxınlaşıb, zalı tərk etməsinin səbəbini öyrənmək istəsələr də, qonaq açıqlama verməyib.

M. Kabakçı isə açıqlamasında çıxışı zamanı fransalı deputatın zalı tərk etməsindən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, R. Dati Avropa Parlamentinin də üzvüdür.

Xatırladaq ki, Fransa parlamenti dekabrın 22-də uydurma “erməni soyqırımı”nı inkar e


DOSTLARINLA PAYLAŞ:

oyunlar