“Tarix boyu qadınların bir əlində güzgü, bir əlində maqqaş olub”
28 İyul 2010 Çərşənbə 04:20
Arxeoloqlar 1800 illik manikur dəsti tapıb.
Türkiyənin Antalya şəhərində 1800 illik manikur dəsti tapılıb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, dəst Türizm nazirliyi və “Akdeniz” universiteti arxeologiya kafedrasının birgə apardığı qazıntılar vaxtı tapılıb. Bu dəstin müasir manikur vasitələrinə çox bənzədiyini bildirən araşdırma rəhbəri professor Nevzat Çevik, tarixdə mədəniyyətlərin dəyişildiyini, təməl insani ehtiyacların isə eyni qaldığını deyib. “Daha əvvəl qadınların bu kimi vasitələrdən istifadə etdiyini bilsək də, bu iddiaları isbat edə bilməmişdik. İndi artıq bilirik ki, 1800 il əvvəl Roma dövrünün qadınları maqqaşdan,güzgüdən və dırnaq yeyəsindən istifadə edib. O vaxt dünyanı nə qədər veclərinə aldıqlarını deyə bilmərik. Amma bir şey dəqiqdir ki, tarix boyu qadınların bir əlində güzgü, bir əlində maqqaş olub”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: