Şuşa məscidini dağıtması ilə bağlı Rusiya patriarxından gülüş doğuran cavab aldıq
10 Noyabr 2011 Cümə Axşamı 12:30
Bayram Səfərov ermənilərin hərəkətləri ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etdiklərini deyib.
"Şuşa şəhərini işğal edən Ermənistan orada Azərbaycana məxsus müsəlman abidələrini dağıtmaqla yanaşı, onların erməniləşdirilməsi istiqamətində də işlər görür”.
APA-nın xəbərinə görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

İcma sədri ermənilərin bu hərəkətləri ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etdiklərini, lakin bu müraciətlərin cavabsız qaldığını vurğulayıb: “Ümumiyyətlə, beynəlxalq təşkilatlar bu faktlara münasibət bildirməkdən yayınır. Hətta Şuşa məscidinin dağıdılması ilə bağlı Rusiya patriarxına da müraciət etmişik. Çox gülüş doğuran bir cavab aldıq. Müraciətə cavabda bildirilmişdi ki, bu məsələdə tərəflər bir-biri ilə anlaşsın”.

B. Səfərov Azərbaycan rəhbərliyinin ermənilərin bu addımlarına qarşı mütəmadi işlər apardığını, müvafiq qurumlar qarşısında məsələ qaldırdığını xatırladıb: “Amma ermənilər yenə də öz mənfur işlərindən əl çəkmirlər. Bu da onların xislətindən və genindən irəli gəlir. Onların öz torpaqları olmadığına görə bizim abidələri erməniləşdirməklə özləri haqqında “qədim millət” təsəvvürü yaratmaq istəyirlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar