Sürücülər üçün öldürücü musiqilər açıqlandı
10 Yanvar 2013 Cümə Axşamı 18:04
Bethovenin 5-ci Simfoniyası sükan arxasında olan şəxsə yuxu gətirir.
Bəzi klassik əsərlər sürücüyə sükan arxasında yuxu gətirir. Bu isə öz növbəsində faciəvi nəticələrə səbəb ola bilər. ANS PRESS-in məlumatına görə, London Metropolitan Universitetinin mütəxəssisləri klassik musiqilə bağlı araşdırma aparıblar.
Onların qənaətinə görə, sürücülərin avtomobildə dinlədikləri klassik musiqi diqqəti yayındıra və onların reaksiyalarını pisləşdirə bilər. "Maşında insanların dinlədikləri klassik musiqi hərəkətin təhlükəsizliyinə təsir edir", - deyə eskpertlər bildirib.
Təcrübə zamanı sürücülər 500 ml yol qət ediblər. Eyni zamanda onlar musiqi kompozisiyalarını dinləyiblər. Sükan arxasında olan avtosevələrin davranışlarını isə müxtəlif sistem və sayğacların köməyilə izləyiblər.
Bethovenin 5-ci Simfoniyası, Baxın "Токкаtа" və fuqa " Rе minor" , eləcə də Ştrausun "Mavu Dunay" valsının ən təhlükəli musiqilər olduğu açıqlanıb.
DOSTLARINLA PAYLAŞ: