Suriyanın birinci xanımı qan tökülməsinə qarşı çıxıb
28 Mart 2011 Bazar Ertəsi 06:28
Əsəbləşərək Londona getmək istəyən xanım Əsədi əri Bəşər Əsəd çətinliklə sakitləşdirib
Suriyanın birinci xanımı Əsma Əsəd ölkədəki aksiyaların zorakılıq yoluyla qanlı şəkildə qarşısının alınmasına etirazını bildirib. “Times” qəzetinin məlumatına görə, əsəbləşərək Londona getmək istəyən xanım Əsədi əri Bəşər Əsəd çətinliklə sakitləşdirib. Qeyd edək ki, 3 övlad olan, Qərb mətbuatının “Səhra gülü” adlandırdığı 35 yaşlı Əsma Əsəd İngiltərədə doğulduğu üçün bu ölkənin də pasportuna sahibdir.

İsrail mətbuatı isə Suriyada qiyamların qarşısının alınmasına İran və “Hizbullah”ın da dəstək verdiyini iddia edib. “Jarusalem Post” qəzeti hadisə şahidlərinə istinadən yaydığı xəbərində Suriya küçələrində farsca danışan təhlükəsizslik qüvvələri əməkdaşları olduğunu bildirib.

Suriya rəsmiləri Lazkiyə şəhərində meydana gələcək məzhəblər arası insidentin qarşısını almaq üçün sünni və ələvi liderlərlə danışığa başlayıb. Din xasdimləri isə əhali ilə danışıqlar apararaq baş verəcək hər hansı bir gərginliyin qarşısını almağa çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar