Suriyadan 50 azərbaycanlı geri qayıdıb
25 İyun 2012 Bazar Ertəsi 14:44
Azərbaycan XİN Suriyadakı səfirliyizin fəaliyyətini normal davam etdirdiyini bildirib.
Suriyada hökm sürən vəziyyətə baxmayaraq, Azərbaycan səfirliyi fəaliyyətini normal davam etdirir. Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, 10 iyun tarixinə əsasən Suriyadakı səfirlikdə 60 azərbaycanlı qeydiyyata alınıb. "Yayla əlaqədar onlar geri qayıda bilərlər. Onların 26-ı tələbədir. 34 ailə üzvləridir. Səfirlik həftənin 5-6-cı günləri siyahıda olanlarla əlaqə saxlayır, onların vəziyyətlərini öyrənir.Bu ilin yanvar ayından bu vaxta qədər Suriyadan 50 azərbaycanlı geri qayıdıb".
DOSTLARINLA PAYLAŞ: