Suriyadan 12 nəfərlik azərbaycanlı taborun qətli ilə bağlı açıqlama
30 Mart 2014 Bazar 14:11
Suriyada fəaliyyət göstərən İrak Şam İslam Dövləti (İŞİD) adlı qruplaşma bir neçə gün öncə 12 azərbaycanlıdan ibarət taborun qətlə yetirilməsi ilə bağlı açıqlama veriblər.
ANS PRESS-in məlumatına görə, Suriya döyüşçülərinin saytında bildirilib ki, azərəbaycanlılardan ibarət tabor üzvləri PYD adlı qruplaşama ilə aparılan döyüş zaman həlak olublar. Açıqlamada bunlar bildirilib:
“İŞİD-in ərazisi olan Rakka vilayətindəki "Ketibetül Azerbaycan" camaatının döyüşçüləri PKK nəzarətində olan bir bölgəyə hücum hazırlamışdılar. Hücum zamanı azərbaycanlı qardaşlarımızdan 12-si həlak oldu. Azəri taboru 2 ilin içində çoxlu əməliyyatlar keçirdi. PKK bizə nəzarət etməyə çalışır və 12 qardaşımızı itirdik. Bölgəni əlimizdən aldılar və 70 PKK-lıyı öldürüp geri çəkildik.
Ölənlərin içində Emirimiz Musab da vardı. Yeni əmirimizi seçmişik. Adı Emir Muhammeddir. PKK-ya qarşı əməliyyat planlaşdırırıq”.
DOSTLARINLA PAYLAŞ: