Suriyadakı səfirliyimiz vətəndaşlarımıza xəbərdarlıq etdi
25 Aprel 2011 Bazar Ertəsi 22:37
Səfirlik onları ölkəni tərk etməyə çağırıb.
Suriyada 100-dən artıq azərbaycanlı tələbə təhsil alır. Əsasən, paytaxt Dəməşqdə təhsil alan tələbələrimiz iğtişaşlara qatılmasalar da, həyatları üçün təhlükə hiss edirlər. Tələbələrimizdən birinin ANS-ə verdiyi məlumata görə, hadisələrin bu cür gedişi onları bu ölkəni tərk etməyə vadar edəcək. Artıq bu barədə Azərbaycanın Suriyadakı səfirliyi də onları xəbərdar edib.
Suriyada təhsil alan azərbaycanlı tələbə Həsən Bağırovun sözlərinə görə, Suriya dövləti ölkədə heç bir xarici vətəndaşı ölkəni tərk eləmək barədə xəbər verməyib: “Amma qaldı ki, azərbaycanların oradakı vəziyyətinə səfirlikdən belə bir məlumat gəlib ki, kimsə öz təhlükəsiziliyini təmin etmək istəyirsə, müəyyən yollarla ölkəni tərk edə bilər. Amma insanların kütləvi şəkildə ölkəni tərk elməsinə, bu barədə heç bir əmr yoxdur”.
Tələbəmiz deyir ki, qadağalar əcnəbilər üçündür: “Əcnəbilər müəyyən qədər mitinqlərə qatılmamalıdır. Dövlətin əleyhinə və lehinə olan mitinqlərə çıxmasınlar. Xüsusən də əcnəbiləri polis yürüşlərdə həbs edirsə, onların vəziyyəti ağırlaşır. Müəyyən sahələrə də qadağalar var. Müəyyən İnternet sahələrin girişinə daxil olarkən insanlar yoxlanılır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: