Suriyadakı səfirliyimiz öz işini normal rejimdə davam etdirir
01 Avqust 2012 Çərşənbə 12:42
Azərbaycanın Suriyadakı səfirliyi öz işini normal rejimdə davam etdirir.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, səfirliyin fəaliyyətində hər hansı dəyişiklik yoxdur.
Qeyd edək ki, diplomatik korpusun yerləşdiyi Dəməşq şəhərində hökumət və müxalifət qüvvələri arasında qızğın döyüşlər davam edir. Müxtəlif mənbələrin verdikləri məlumata görə, müxalifət qüvvələri şəhərin bir sıra məhəllələrini öz nəzarətinə götürməyə müvəffəq olub. Döyüşlərdə hər iki tərəfdən yüzlərlə insanın öldüyü bildirilir, bu say hər gün artmaqdadır.
DOSTLARINLA PAYLAŞ: