Suriyada döyüşən azərbaycanlıların videosu yayıldı
09 May 2013 Cümə Axşamı 15:21
Azərbaycanlı olduğunu deyən bir nəfər Suriyada aparılan müharibənin cihad olduğunu bildirir.
YouTube-də Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan azərbaycanlıların müraciəti yayılıb. Azadliq.info-nun məlumatına görə, dini şüar altında 20 nəfərə yaxın yaraqlının mərkəzində bir nəfər danışır və o, Suriyada aparılan müharibənin cihad olduğunu bildirir. Buna görə də ölkədəki əqidədaşlarını Suriyaya tələsməyə səsləyir.

O, eyni zamandan bildirir ki, ətrafındakılar da azərbaycanlılardı və onlar çox asan yolla ailələri ilə birlikdə bura gəliblər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar