Suriya üsyançıları Sənə Qurban mahnısını marş seçib
28 İyul 2012 Şənbə 22:46
Zeynəb Xanlarova: Çox sevindirici haldır ki, bizim musiqimiz yad ölkənin marşına çevrilib.
Suriyada Hələb şəhərinin böyük hissəsini ələ keçirən müxalifət şəhər meydanında mitinq keçirib. Mitinqin ən maraqlı cəhəti isə Azərbaycanın məşhur “Qal sənə qurban” mahnısının ərəb dilində xorla səslənməsidir. Qələbəni qeyd edən minlərlə müxalifətçi ərəbcə ifa edilən mahnının ritmi altında rəqs edirlər.

“Qal sənə qurban” mahnısının sözləri şair Mikayıl Müşfiqə, musiqisi bəstəkar Ələkbər Tağıyevə məxsusdur. Məsələylə bağlı bəstəkarın oğlu Xaliq Tağıyevlə əlaqə saxladıq. Müsahibimiz deyir ki, Ələkbər Tağıyev hələ mahnıları yazarkən öz müəllifliyini qeydə aldırıb.

Suriya muxalifətinin “Qal sənə qurban” mahnısının musiqisini özlərinə marş seçməsi xalq artisti Zeynəb Xanlarova tərəfindən sevinclə qarşılanıb. Hazırda xaricdə istirahət edən millət vəkili mətbuata açıqlamasında deyib ki, xəbəri eşidəndə çox sevinib: “Çox sevindirici haldır ki, bizim musiqimiz yad ölkənin marşına çevrilib. Minlərlə adam öz sevincini bizim musiqimiz altında rəqs edərək bildirib. Odur ki, buna ancaq sevinmək lazımdır”.

Qeyd edək ki, mahnı SSRİ zamanında xalq artisti Zeynəb Xanlarovanın ifasında Türkiyədə və Yaxın Şərqdə məşhur olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar